Bakıda ilk bio-smart dayanacaq quraşdırıldı
Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərində vətəndaşlar üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə ictimai nəqliyyat infrastrukturu, o cümlədən də avtobus dayanacaqlarının yenidən qurulması daim diqqətdə saxlanılır. Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb.1191 dayanacaq…